İbtidai siniflərdə oxunun ifadəliliyini təmin edən amillər
Fəridə SəfərəliyevaDOI: doi.org/10.48445/a7055-6165-3252-k
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
İbtidai siniflərdə təşkil edilən oxunun mühüm keyfiyyətlərindən biri onun ifadəliliyidir. Şagirdlərin ifadəli oxu üzrə ilkin vərdişləri mənimsəmələri müəllimin özünün bu vərdişə nə dərəcədə yiyələnməsindən asılıdır. Bu prosesdə müəllim yaradıcı təsəvvürün köməyi ilə oxuduğunu görməli və onu şagirdlərə təsvir etməyə çalışmalıdır. O, məzmun və formaya uyğun olaraq oxumağı bacarmalıdır. Mətnin məzmununun şüurlu şəkildə mənimsənilməsi oxunun ifadəliliyinin təmin edilməsi üçün ilkin şərtdir. İfadəlilik isə şüurluluğu artıran vacib amildir. Bəzən şagirdin dolaşıq nitqi olur, sürətlə danışarkən bəzi sözləri aydın tələffüz edə bilmir və ya şəkilçiləri buraxır. Oxunun düzgünlüyünə xidmət edən vasitə kimi müəllim şagirdlərə tez-tez yanıltmac oxutdurmalıdır.
AÇAR SÖZLƏR
Azərbaycan dili dərsliyi, oxu, ifadəlilik, intonasiya