Kiçikyaşlı məktəblilərdə mütaliə mədəniyyətinin formalaşmasının psixoloji xüsusiyyətləri
Gülnarə ƏlixanovaDOI: doi.org/10.48445/h0021-1494-7291-f
ORCID ID: https://orcid.org/0000-0002-5241-0250
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Mütaliə, şagirdi bədii və elmi-populyar ədəbiyyatla, həmçinin dövri mətbuatla tanış edən unikal vasitə, uşağın idrak, nitq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyin universal yolu, mənəvi keyfiyyətləri tərbiyə edən, estetik hissləri inkişaf etdirən güclü vasitədir. Dövrün dəyişməsi ilə əlaqədar kitab asudə vaxtın təşkilində əsas məlumat mənbəyi kimi qəbul olunmur. Artıq internet, televiziya və sosial şəbəkələr onunla rəqabət aparır. Uşaqlarda mütaliəyə maraq yaratmaq və onlarda bu həvəsi qoruyub saxlamaq üçün müəllimlərin bu istiqamətdə bacarıq və səriştələrə malik olması xüsusilə vacibdir.
AÇAR SÖZLƏR
kitab, mütaliə mədəniyyəti, oxucu marağı, səlis, şüurlu, aparıcı amil, yaradıcılıq