TƏRƏFDAŞLAR


Məqalələr

Şifahi nitq və onun tərkib hissələri

Nərminə Rəcəbova
DOI: doi.org/10.48445/x9025-2947-8025-a
ORCID ID: https://orcid.org/0000-0003-2558-5458
Tarix: 26 Yanvar 2024

XÜLASƏ 

Məqalə şifahi nitq və onun tərkib hissələrindən bəhs edir. Şifahi nitq biliklərimizi, hisslərimizi ifadə etmək üçün istifadə etdiyimiz danışıq sözlərindən ibarətdir. O, yalnız deyilən və eşidilənlərdən ibarət olmayan mürəkkəb bir sistemdir. Fonoloji bacarıqlar, morfoloji sistem, lüğət ehtiyatı və ya semantika, sintaksis, praqmatika, diskurs bu mürəkkəb sistemə daxildir. Kommunikasiya üçün bu komponentlərin hər birinə ehtiyacımız var. Onlar bir-biri ilə vəhdət təşkil edir. Biz bu komponentləri fonetikadan diskursa doğru mərhələlərlə öyrənirik. Cümlə qura bilərik, amma əsas məsələ diskursda ondan istifadə etməkdir. Müəllim tələbəyə bu sistemlərdən istifadəni öyrədir. İngilis dilinin tədrisində əsas məqsədin kommunikasiya və şifahi formada fikirlərimizi ifadə etmək olduğunu nəzərə alsaq, bu məqalənin mühüm elmi əhəmiyyətə malik olduğunu söyləyə bilərik. 


AÇAR SÖZLƏR 

şifahi nitq, fonoloji bacarıqlar, morfoloji  sistem, söz ehtiyatı  və ya semantika, sintaksis, qrammatika, praqmatika, diskurs 

Məqaləni yüklə

İNDEKSLƏMƏ