Sanki, elə bil (elə bil ki), guya (guya ki) sözlərinin qrammatik statusu barədə
Nabatəli QulamoğluDOI: doi.org/10.48445/z2661-8652-2223-l
ORCID ID: https://orcid.org/0000-0002-6241-4490
Tarix: 13 Dekabr 2023
XÜLASƏ
Məqalə Azərbaycan dilçiliyində problem sayılan bir məsələyə ‒ sanki, elə bil, guya sözlərində durğu işarələrindən istifadəyə ‒ həsr edilmişdir. Bu həm elmi, həm də didaktik baxımdan mühüm əhəmiyyət kəsb edir. Son zamanlar dərslik və dərs vəsaitlərində başlığa çıxarılmış ifadələr “vergülsüz yazılan modal sözlər” hesab edilir. Məqalədə bu fikrin elmi əsasının olmadığı faktlarla arqumentləşdirilmişdir. Bir tərəfdən Azərbaycan dilində durğu işarələrinə dair elmi ədəbiyyat və dərsliklər geniş təhlil edilmiş, digər tərəfdən həmin yanlış fikrin modal sözlərin fəlsəfəsinə zidd olduğu müxtəlif müstəvidən izah edilmişdir. “Vergülsüz yazılan modal sözlər” ifadəsinin genezisi analiz edilmişdir. Sanki, elə bil, guya modal sözlərinin cümlədə ayrılmaması və fərqləndirilməməsinin səbəbləri müəyyən edilmişdir. Nəhayət, sanki, elə bil, guya modal sözlərinin cümlədə ayrılması və ya fərqləndirilməsinin vacib olduğu diqqətə çatdırılmışdır.
AÇAR SÖZLƏR
modal sözlər, sinkretik məna, köməkçi nitq hissələri, durğu işarələri, intonasiya