Türk dünyasının dahi şairi – Nizami Gəncəvi
Nüşabə SəfərovaDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.34.97.006
ORCID ID: https://orcid.org/0000-0001-7220-8124
Tarix: 20 Dekabr 2023
XÜLASƏ
N.Gəncəvi həm yaradıcılığı, həm də şəxsiyyəti ilə bütövlükdə bir dahidir. Şair öz yaradıcılığı ilə dövrünün dolğun fəlsəfəsini yaratmışdır. Əsərləri isə hər biri özlüyündə həmin fəlsəfənin bir qolunu, bir qanununu özündə ehtiva edir. Özündən sonra gələn alimlər əsərlərində və yaradıcılıqlarında bu fəlsəfədən geniş şəkildə istifadə etmişlər. Əgər Azərbaycan poeziyasının məhəbbət simvolu dahi Füzulidirsə, xarakteri kimi yaradıcılığı da üsyankar olan nümayəndəsi Xaqanidirsə, əzabkeş övladı Nəsimidirsə, düşünən beyni, ağsaqqalı Nizamidir, desək, yanılmarıq. Qələmə aldığımız bu yazıda dahi şairə “N.Gəncəvi kimdir?” və yaxud “N.Gəncəvi olduğu kimi” kontekstindən yanaşılmışdır. Şairin şirin qəzəllərinə baş vurulmuş, dünya poeziyasının incisi “Xəmsə”yə daxil edilən poemalar bir daha nəzərdən keçirilmişdir. Nüşabələr, Şirinlər, Fitnələr yad edilmiş, Xosrovlar, İs-kəndərlər, Bəhramlar bir daha göz önündə canlandırılmışdır. Şairin dillər əzbəri olan aforizmləri bir daha xatırlanmışdır.
AÇAR SÖZLƏR
Nizami, poeziya, lirika, qəzəl