“Üslubiyyat və ritorika” fənninin mövzusu, məqsəd və vəzifələri
Nəsrəddin MusayevDOI: doi.org/10.48445/g1171-9746-2346-y
ORCID ID: https://orcid.org/0000-0001-9704-1615
Tarix: 13 Dekabr 2023
XÜLASƏ
Məqalədə “Üslubiyyat və ritorika” fənninin tədrisini şərtləndirən amillər, fənnin tədrisinin məqsəd və vəzifələri, ümumi kompetensiyaların, peşə kompetensiyalarının məzmunu, habelə təhsil proqramının və fənn üzrə təlimin nəticələrindən bəhs olunur. Belə qənaətə gəlinir ki, natiqlik sənətinin bir elm sahəsi kimi təşəkkül tapdığı dövrdən başlayaraq düzgün, aydın, səlis və məntiqi danışanlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Mədəni nitqə yiyələnmək üçün leksik-qrammatik normaların tələblərinə əməl etməklə bərabər həm də nitq üslubi cəhətdən düzgün qurulmalı, bir sözlə, elə sözlər və ifadələr seçilməlidir ki, fikrin düzgünlüyünə və aydınlığına xələl gəlməsin. İstər şifahi, istərsə də yazılı nitqdə hər bir sözün leksik, qrammatik mənasını, etimologiyasını bilmək tələb olunur. Ünsiyyət zamanı üslubi cəhətdən zəngin nitqə malik olmaq üçün ədəbi dilin normalarını və dil vahidlərinin üslubi keyfiyyətlərini də mükəmməl bilmək lazımdır.
AÇAR SÖZLƏR
üslubiyyat, ritorika, yazılı ünsiyyət, şifahi ünsiyyət, üslubi vasitə, üslubi norma