Müasir dərslərdə təlimin keyfiyyətinin yüksəldilməsi
Fəridə SəfərəliyevaDOI: doi.org/10.48445/l7888-7712-0307-f
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 13 Dekabr 2023
XÜLASƏ
Bu gün ölkəmizdə sivil, dünyəvi dövlət quruculuğunun əsas şərti milli təhsilimizin necə qurulacağı, təhsil sistemimizin necə idarə olunacağından asılıdır. Bu baxımdan hazırda ölkəmizin dövlət təhsil sistemində aparıcı istiqamətlərin, strateji məqsədlərin, gözlənilən nəticələrin düzgün müəyyənləşdirilməsi, aparılan təhsil islahatının konseptual istiqamətlərinin dəqiqləşdirilməsi vacibdir. Çünki aydın milli təhsil, tərbiyə konsepsiyası olmadan təhsilimizin beynəlxalq standartlara uyğunlaşması, dünya təhsil sisteminə inteqrasiyası mümkün deyildir. Bu baxımdan müstəqil və ardıcıl inkişaf prinsipləri olan ölkələrdən biri kimi Azərbaycanda da bu istiqamətdə işlər aparılır, cəmiyyətin tələb və ehtiyaclarına uyğun nəticələrdən ibarət şəxsiyyətyönümlü təhsil sisteminin yaradılmasına səy göstərilir.
AÇAR SÖZLƏR
fəal interaktiv təlim, müasir dərs, iş formaları