Ədəbiyyat dərslərində İsmayıl Şıxlının həyat və yaradıcılığının öyrənilməsinin metodik imkanları
Bilal HəsənliDOI: doi.org/10.48445/v3573-3641-6308-v
ORCID ID: https://orcid/org//0000-0002-6964-0546
Tarix: 13 Dekabr 2023
XÜLASƏ
Məqalədə ədəbiyyat dərslərində görkəmli yazıçı İsmayıl Şıxlının həyat və yaradıcılığının öyrənilməsi yolları işıqlandırılır. Təcrübə göstərir ki, yazıçının həyat və yaradıcılığının öyrənilməsi, əsərlərinin təhlili zamanı interaktiv metodlardan istifadə, müəllifin öz əsərlərində qaldırdığı tarixi, siyasi və mənəvi problemlərin müzakirəsi şagirdlərin mövzunu dərindən mənimsəməsinə kömək edir. “Dəli Kür” romanında XIX əsrdə Azərbaycan kəndində baş verən ziddiyyətli proseslər Cahandar ağanın timsalında təsvir edilir. Əsərin təhlili zamanı şagirdlərdə romanda həyat həqiqətləri, xalqımıza xas olan mənəvi dəyərlərin yüksək sənətkarlıqla əks etdirilməsi barədə qənaət formalaşdırılır.
AÇAR SÖZLƏR
roman, ədəbiyyat, dərs, müəllim, şagird, yazıçı, nəsr, məzmun, təhlil