Müasir Azərbaycan ədəbi dilində toponimik vahidlərin formalaşmasının leksik üsulları
Həmzə Əliyev, Ədalət AbbasovDOI: doi.org/10.48445/h6261-4819-3211-u
ORCID ID: https://orcid.org/0000-0003-2344-8388 / https://orcid.org/0000-0003-2344-8388
Tarix: 13 Dekabr 2023
XÜLASƏ
Azərbaycan toponimik vahidlərinin işlənmə coğrafiyası son dərəcə geniş olduğu kimi, yaranma üsulları da müxtəlifdir. Bu isə toponimlərin formalaşma üsullarının təsnifat sistemini yaratmış olur. Toponimlərlə bağlı araşdırmaların genişlənməsinə baxmayaraq, toponimikanın elmi-nəzəri prinsiplərinə riayət olunmur. Məhz bu istiqamətdə aparılan araşdırmaların əksəriyyətində səciyyəvi xüsusiyyətlər mövcuddur. Qeyd edək ki, tədqiqatların təsnifatında bəzi metodik nöqsanlar da özünü göstərməkdədir. Ümumiyyətlə, toponimlərə sistemli şəkildə yanaşıldığı üçün onun tədqiqi zamanı bəzi mühüm məsələlər ya araşdırma prosesindən kənarda qalmış, ya da tamamilə unudulmuşdur.
AÇAR SÖZLƏR
toponimik vahid, leksik üsul, onomastik leksika, oykonim və oronim, semantik element, linqvistik prinsip, lüğət tərkibi