Heydər Əliyev və Azərbaycan ədəbiyyatının intibahı
Nazilə AbdullazadəDOI: doi.org/10.48445/k7954-5410-2333-p
ORCID ID: https://orcid.org/0000-0002-1829-7178
Tarix: 13 Dekabr 2023
XÜLASƏ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də ədəbiyyatın və bu ədəbiyyatı yaradan şəxsiyyətlərin qayğısına qalması, onlara dəyər verməsi, qoruyub gələcək nəsillərə ərməğan etməsidir. Ulu öndər özünün bir insan kimi formalaşmasında təhsili, əxlaqı, mənəviyyatında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu qürurla vurğulayırdı. Onun fikrincə, ədəbiyyatın şərəfli vəzifəsi – cəmiyyətin yüksəlişinə, elmi-texniki inqilab şəraitində iqtisadiyyatın inkişafına yönəldilmiş fəaliyyətinin, öz məqsəd və mahiyyəti etibarilə novator xarakterli nəhəng fəaliyyətinin mürəkkəbliyini, dərinliyini, sülh və xalqların təhlükəsizliyi uğrunda mübarizənin bütün əzəmətini hərtərəfli və bədii boyalarla əks etdirməkdir.
AÇAR SÖZLƏR
Heydər Əliyev, folklor, klassik ədəbiyyat, intibah, milli ideologiya