TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan uşaq ədəbiyyatının təşəkkül problemi və ona elmi-nəzəri münasibət

Sevinc Rəsulova
DOI: http://dx.doi.org/10.29228/edu.341
ORCID ID: https://orcid.org/0000-0003-1070-6069
Tarix: 29 Fevral 2024

XÜLASƏ

Azərbaycan ədəbiyyatşünaslığında milli uşaq ədəbiyyatının təşəkkül tarixi ilə bağlı fərqli fikirlər mövcuddur. Həmin fərqli fikirlərin tarixi XX yüzilliyin əvvəllərindən başlamış və son dövrlərə qədər davam etmişdir. Bu mühüm problemlə bağlı müxtəlif fikir və qənaətlər mövcuddur. Bu cür fikir və qənaətlər uşaq ədəbiyyatının özünəməxsus xüsusiyyətlərini nəzərə almamaqdan irəli gəlmişdir. Təəssüf ki, həmin qənaətlər Azərbaycan uşaq ədəbiyyatına aid proqramlara və dərsliklərə də yol tapmışdır. Məqalədə bu barədə Azərbaycan ədəbi-nəzəri fikrində mövcud olan mülahizə və qənaətlər nəzərdən keçirilir. Eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının təşəkkül tapdığı konkret tarixi dövr müəyyən edilir. Faktlarla qeyd edilir ki, ədəbiyyatın müstəqil bir qolu kimi Azərbaycan uşaq ədəbiyyatı XIX əsrin 70-80-ci illərində təşəkkül tapmışdır. Onun ilk nümayəndəsi, yəni uşaq ədəbiyyatımızın banisi kimi S.Ə.Şirvanini qəbul etməliyik.

AÇAR SÖZLƏR

Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, ədəbi-nəzəri fikir, XIX əsr, Seyid Əzim Şirvani yaradıcılığı

Məqaləni yüklə

İNDEKSLƏMƏ