TƏRƏFDAŞLAR


Məqalələr

İmadəddin Nəsimi və ədəbi dilimiz

Sədaqət Həsənova
DOI: http://dx.doi.org/10.29228/edu.339
ORCID ID: https://orcid.org/0000-0002-0839-8469
Tarix: 29 Fevral 2024

XÜLASƏ

Müasir dövrümüzə qədər İmadəddin Nəsimi yaradıcılığı ilə bağlı bir sıra linqvistik araşdırmalar aparılmışdır. Bədii söz sənətkarlarını tarixdə yaşadan səbəblərdən biri də bəşəriyyətin təməl daşı kimi dəyərləndirilən sözdür. Bu baxımdan, Nəsimi sözünün hikməti indi də orijinal və fəlsəfidir. Dilin keşiyində dayanan Nəsiminin dil faktlarından düzgün istifadə bacarığı, demək olar ki, bütün əsərlərində özünü göstərir. Dil tariximizin müəyyən bir dövrünün dərindən və hərtərəfli şəkildə araşdırılmasında, ədəbi dilimizin estetik gözəlliyinin üzə çıxarılmasında Nəsiminin dilə münasibətinin, bu milli-mənəvi sərvətə necə yanaşmasının böyük əhəmiyyəti vardır. Şairin ədəbi dilimizdəki rolu və xidməti məqalədə yeni faktlarla aydınlaşdırılır. Onun dilinə məxsus üslub özəlliyi elmi-nəzəri təhlilə cəlb edilir. Məqalədə irəli sürülən nəzəri fikirlər dil materialları ilə təsdiq olunur. Belə ki, Nəsiminin danışıq dilini ədəbi dil səviyyəsinə qaldırması, orijinal ifadələrdən istifadə etməsi, bədiiliyi gücləndirən faktlara ardıcıl müraciəti yaradıcılığından alınmış örnəklərlə əsaslandırılır.


AÇAR SÖZLƏR

poeziya, dil, üslub, söz, ifadə, örnək, ədəbi qaynaq

 

Məqaləni yüklə

İNDEKSLƏMƏ