TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin dil və təhsil siyasəti

Nuray Əliyeva
DOI: http://dx.doi.org/10.29228/edu.336
ORCID ID: https://orcid.org/0000-0003-0223-5199
Tarix: 29 Fevral 2024

XÜLASƏ

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin dil və təhsil sahəsində yürütdüyü siyasət, bu sahədə görülən işlərin nəticələri tədqiq olunmuşdur. Burada göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən daim dil və onun tədrisi məsələlərini diqqət mərkəzində saxlamış, bu sahələrlə bağlı bir-birinin ardınca mühüm sənədlər imzalanmışdır. Həm Azərbaycan dilinin dövlət dili kimi istifadəsi, həm də onun tədris prosesində geniş tətbiqi hökumət siyasətinin əsas sahələrindən biri olmuşdur. Azərbaycan dilinin dövlət dili elan olunması, orta məktəblərdə ana dilinə ayrılan saatların çoxaldılması və nəhayət, Bakı Dövlət Universitetinin təsis edilməsi aparılan siyasətin uğurlu nəticələri idi. Qeyd olunur ki, bu dövrdə dilimizə rus dilinin çox güclü təsiri və rus dilində təhsil almış ziyalılarımızın ana dilini yaxşı bilməməsi, yürüdülən dil siyasətinə müəyyən qədər mane olsa da, AXC bu sahədə əsaslı işlər gördü.


AÇAR SÖZLƏR

Azərbaycan Xalq Cümhuriyyəti, dil siyasəti, təhsil siyasəti, Bakı Dövlət Universiteti


Məqaləni yüklə

İNDEKSLƏMƏ