Nitq mədəniyyəti və düzgün yazı təlimi
Aliyə MusayevaDOI: http://dx.doi.org/10.29228/edu.332
ORCID ID: https://orcid.org/0000-0002-2782-8380
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Nitq mədəniyyəti bir elm sahəsi olaraq dilçiliyin ən aktual problemlərindən biri kimi diqqət mərkəzindədir. İfadə olunan hər hansı bir fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, məntiqli, yığcam, səlis, zəngin, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Bu şərtlər nitq mədəniyyətinin tələblərini təşkil edir. Nitq mədəniyyəti isə ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu baxımdan nitq mədəniyyəti həm də mədəni insan şəxsiyyətinin formalaşmasında önəmli rol oynayır. Nitq mədəniyyətimizin nəzəri və tətbiqi cəhətləri bilavasitə düzgün yazı təlimi, orfoqrafiya ilə bağlıdır. Məqalədə məsələnin bu cəhətinin araşdırılmasına xüsusi fikir verilmiş, Azərbaycan nitq mədəniyyətinin düzgün yazı təlimi ilə əlaqə məsələləri geniş şəkildə tədqiq və təhlil edilmişdir.
AÇAR SÖZLƏR
nitq mədəniyyəti, dil, düzgün yazı təlimi,
orfoqrafiya