Nitq mədəniyyəti şəxsiyyəti formalaşdıran vacib dəyər kimi
Günay ƏbilovaDOI: http://dx.doi.org/10.29228/edu.333
ORCID ID: https://orcid.org/0000-0002-6809-2584
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Məqalədə nitq mədəniyyəti, ünsiyyət, şəxsiyyət məsələləri yığcam şəkildə şərh olunur, şəxsiyyətin formalaşmasında insanın fizioloji, psixoloji və sosioloji inkişafının rolu izah edilməyə çalışılır. Nitq mədəniyyəti ilə şəxsiyyət arasındakı əlaqəni yaratmaq üçün görkəmli şəxslərdən sitatlar verilərək irəli sürülən fikirlər əsaslandırılır. Müəllif məqalədə yeri gəldikcə nitq mədəniyyəti anlayışını izah etməyə çalışmışdır. Şagirdlərin mədəni səviyyəsinin yüksəlməsində, nitqin inkişaf etdirilməsində, vətənə, millətə layiqli övladların yetişdirilməsində müəllimlərin üzərinə düşən vəzifələrdən danışılmışdır. Tədqiqat zamanı nəzəri, təsviri və müqayisəli metodlardan istifadə edilmişdir.
AÇAR SÖZLƏR
nitq, ritorika, şəxsiyyət, ünsiyyət, dil, nitq mədəniyyəti