Nurməhəmməd Qərib Əndəlibin “Zeynal Ərəb” dastanının ideya-məzmun və şəkil-üslub xüsusiyyətləri
Aynur SəfərliDOI: http://dx.doi.org/10.29228/edu.331
ORCID ID: http://dx.doi.org/10.29228/edu.331
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Türk ədəbiyyatının mühüm qolu olan Türkmən ədəbiyyatı ortaq türk mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Türk şifahi xalq ədəbiyyatında xalq hekayəsi olaraq adlandırılan nağıllar Türkmən şifahi xalq ədəbiyyatında “dastan” termini ilə ifadə edilir. Ədəbiyyatda terminlər fərqli olsa da, məzmunu oxşardır. Türkdilli xalqlar Hz.Əliyə dərin hörmət və sevgi bəsləmiş, bu hisslərini şifahi və yazılı ədəbiyyat nümunələrində əks etdirmişlər. Klassik Türkmən ədəbiyyatının xalq hekayələrində Hz.Əliyə olan hörmət və sevgi açıq-aydın göstərilmişdir. Bəhs olunan həmin xüsusiyyətlərin öz əksini tapdığı hekayələrdən biri “Zeynal Ərəb” adlı əsərdir. Nurməhəmməd Qərib Əndəlib (1710-1767) Türkmən ədəbiyyatının dastan ənənəsinin görkəmli nümayəndəsidir. Bu araşdırmada Əndəlibin həyat və yaradıcılığı haqqında məlumat verilmiş, “Zeynal Ərəb” adlı əsərində Hz.Əlinin Türk-İslam mədəniyyətindəki rolundan bəhs edilmişdir. Məqalədə “Zeynal Ərəb” dastanının forma və üslub xüsusiyyətləri haqqında məlumat verildikdən sonra dastanın motivləri nümunələrlə göstərilmişdir.
AÇAR SÖZLƏR
Türkmən ədəbiyyatı, Nurməhəmməd Qərib Əndəlib, şərq
poeziyası, dastanlar, fikir və məzmun