Qasım bəy Zakir yaradıcılığında folklor motivləri
Sevinc ƏliyevaDOI: http://dx.doi.org/10.29228/edu.340
ORCID ID: http://dx.doi.org/10.29228/edu.340
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Azərbaycan ədibləri içərisində folklora ardıcıl şəkildə müraciət edən sənətkarlardan biri də Qasım bəy Zakir olmuşdur. Məqalədə Zakirin poeziyasında folklor motivlərinin məzmunu, ideyası nümunələr əsasında təhlil edilir. Eyni zamanda, folklor motivlərinin Azərbaycan yazılı ədəbiyyatında təzahür edən, geniş yayılan formalarına da aydınlıq gətirilir. Zakir yalnız folklor motivlərini yaşatmır, həm də milli poetik, fəlsəfi ənənələrin davamçısı kimi çıxış edir. O bütün əsərlərində milli koloritin böyük daşıyıcısı olaraq görünür. Ona görə də, məqalədə Azərbaycan ədəbiyyatında folklor dəyərləri ilə yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsinə diqqət yetirilmişdir. Həm folkloru, həm də yazılı ədəbiyyatı zəngin olan Azərbaycan ədəbiyyatşünaslığında bu problemin əhəmiyyəti daha da artır. Bu mövzuda nə qədər araşdırmalar aparılsa belə, yenə də azdır.
AÇAR SÖZLƏR
Qasım bəy Zakirin
poeziyası, folklor, yazılı ədəbiyyat, folklor motivləri, ənənə