Mürəkkəb cümlənin təsnifat sistemi və bəzi problemləri
Nabatəli QulamoğluDOI: http://dx.doi.org/10.29228/edu.335
ORCID ID: https://orcid.org/0000-0002-6241-4490
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Məqalədə mürəkkəb cümlələrin təsnifat sistemindəki problemlər araşdırılmışdır. Orta və ali məktəb dərsliklərində mürəkkəb cümlələrin təsnifat sistemi geniş təhlil edilmiş, bir sıra çatışmazlıqlar aşkara çıxarılmışdır. Mürəkkəb cümlələrin ənənəvi təsnifatında başlıca çatışmazlıq ─ vahid prinsiplərə əməl edilməməsi müəyyənləşdirilmişdir. Təsnifat ardıcıl şəkildə aparılmışdır. Əvvəlcə mürəkkəb cümlələr iki prinsip əsasında bölünmüşdür. Sonra uzun zamandan bəri mübahisə predmeti olan tabeli mürəkkəb cümlələrin təsnifatı verilmişdir. Çoxkomponentli mürəkkəb cümlələrin klassik təsnifatında anlayışla mahiyyət arasında olan uyğunsuzluqlar təhlil edilmiş və müəllif özünün uyğun bildiyi təsnifatı təqdim etmişdir. Beləliklə, mürəkkəb cümlələrin təsnifat sistemi tamamilə yenilənmiş və oradakı məntiqsizlik aradan qaldırılmışdır.
AÇAR SÖZLƏR
mürəkkəb cümlə, komponent, sintaktik blok, təsnifat