Əlavə konstruksiyalar müəllif modallığının eksplikasiya vasitəsi kimi
Rəfanə İsayevaDOI: http://dx.doi.org/10.29228/edu.338
ORCID ID: https://orcid.org/0000-0003-2668-5602
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Məqalədə bədii əsərlərdə əlavə konstruksiyaların müəllif modallığının eksplikasiya vasitəsi kimi rolu araşdırılmışdır. Araşdırmada bədii nümunə kimi XX əsr və müasir Azərbaycan ədəbiyyatının materillarından istifadə olunmuşdur. Mətn modallığının formalaşması bədii əsərin bütöv mətni ilə həyata keçirilir, əsərdə açıqlanan faktların subyektiv modal mənası, müəllifin ümumi konsepsiyası fabula arxasında gizlədilir, bütöv mətnin üzərində bir araya gəlir. Mətn fraqmentlərini boyayan mətn modallığı oxucunu bütöv əsərin subyektiv-modal mənasını, habelə müəllifin kredosunu dərk etməyə hazırlayır. Mətn modallığı kateqoriyasının nəsr əsərlərində aşkar olunması problemi xüsusi çətinlik ilə bağlıdır, onlar aşağıdakılardan ibarətdir. “Mətn modallığı” – mətnin ayrı-ayrı elementlərinin qiymətləndirilməsi kütləsində yığılır və frazalı modallıq mətn modallığını hansısa səviyyədə əvəz edir. Bir müəllif olaraq təsəvvüründəki dünyanı yaradarkən söz rəssamı kimi həmin dünyaya qarşı qərəzsiz ola bilməz. O, bu dünyanı real dünya kimi təsəvvür edir, şəxsi bədii əyanilik üslubundan asılı olaraq, ya birbaşa, ya da dolayı şəkildə təsvir olunana şəxsi münasibitini bildirir.
AÇAR SÖZLƏR
Azərbaycan
dili, müəllifin modallığı, şəxsin modallığı, müəllifin fikri, bədii əsər, əlavə
konstruksiyalar