Tarix dərslərində bədii ədəbiyyatdan istifadə
Cəmilə AtakişiyevaDOI: http://dx.doi.org/10.29228/edu.337
ORCID ID: https://orcid.org/0000-0003-0845-1888
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Müasir həyatımızda hər elmin inkişaf və təkamül etdiyi bir zamanda təhsildə də fənlərin bir-birinə inteqrasiyasına yaranan ehtiyac özünü aydın göstərir. Məqalədə qoyulan məsələnin özünəməxsus praktik əhəmiyyəti vardır. Belə ki, istifadəsi mümkün olan bədii ədəbiyyat nümunələrinin araşdırılması, bədii əsərlərdən istifadə zamanı yarana biləcək problemlərin müəyyən olunması, bədii ədəbiyyatdan istifadə formaları kimi məsələlər öz həllini tapmışdır. Bu da, öz növbəsində, tarix müəllimlərinin, pedaqoji universitetin bakalavr və magistratura pilləsində təhsil alan, pedaqoji təcrübəyə gedən tələbələrin təlim prosesində tədqiqat işindən faydalanmasına şərait yaradır.
AÇAR SÖZLƏR
Tarix fənni, bədii ədəbiyyat,
kurikulum, dərslik, Azərbaycan tarixi