İnteraktiv tədrisdə hissi-emosional qavrayış problemi (Ədəbiyyat fənni üzrə)
Mətanət AbdullayevaDOI: http://dx.doi.org/10.29228/edu.334
ORCID ID: https://orcid.org/0000-0001-6515-5044
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Məqalə ədəbiyyat fənninin inteqrativlik xüsusiyyəti probleminə həsr olunub. Qeyd edilir ki, ədəbiyyat dərslərinin musiqi ilə əlaqələndirilməsi şagirdlərin elmi bilikləri mənimsəmə keyfiyyətini yüksəltməklə bərabər, onlarda hissi-emosional qavrayışın formalaşması işinə də xidmət edir. Hissi-emosional qavrayışın formalaşması və inkişaf etdirilməsi şagirdlərin yaradıcılıq potensialının açılmasında, estetik tərbiyənin yönləndirilməsində mühüm mərhələdir. Məqalədə Pifaqor, Platon, Aristotel, Nizami kimi görkəmli mütəfəkkirlərin müsiqinin uşaqların təlimləndirilməsindəki rolu haqqında fikirləri verilir, həmçinin İ.Seçenov, İ.Pavlov, S.Botkin kimi alimlərin musiqinin psixofizioloji təsiri ilə bağlı gəldikləri elmi qənaət təqdim edilir. Gəlinən nəticə budur ki, ədəbiyyat fənninin musiqi ilə əlaqəli tədrisi sağ və sol beyin yarımkürələrinin ahəngdar fəaliyyətinin tənzimlənməsinə kömək edir, bu da şagirdlərin idraki bacarıqlarını aktivləşdirir, onlara saf mənəviyyat və zövq dünyasına qapı açır.
AÇAR SÖZLƏR
ədəbiyyatın inteqrativliyi, estetik tərbiyə, baş
beyin fəaliyyəti, əqli-mental biliklər, emosional-yaradıcı imkanlar