TƏRƏFDAŞLAR


Məqalələr

Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin yeni tapılan şeirləri

Əkbər Nəcəf
DOI: http://dx.doi.org/10.29228/edu.131
ORCID ID: https://orcid.org/0000-0003-4075-0300
Tarix: 21 Dekabr 2023

Xülasə

Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimidən sonra türkcə divan ərsəyə gətirən ikinci böyük şair hesab olunan Qaraqoyunlu hökmdarı Cahanşah (1437/8-1468) şeirlərini «Həqiqi» təxəllüsü ilə qələmə alıb. Bir neçə ay əvvəl Cahanşah Həqiqiyə aid olduğu məlum olan yeni əlyazma nüsxələri aşkarlandı. Həmin şeirlər Həmidrza Sohra- biabad və Bülənt Akın tərəfindən biri Diyarbəkirli Ələvi ocağına aid bir cüng, digəri isə Cənubi Azərbaycanın İlxıçı şəhərinin Qırxlar ocağına aid bir dəftərdə yer alır. İlk əlyazmada Həqiqiyə aid səkkiz, digərində isə 3 qəzəli mövcuddur. Maraqlıdır ki, həmin qəzəllər qızılbaş-ələvi cəm mərasimlərində uzun müddət ayinlərdə oxunmuşdur. Müəlliflər Cənubi Azərbaycan İlxıçı türklərinin dədələrinin əlində Həqiqiyə aid bir divanın olduğunu da qeyd edirlər. Azərbaycan ədəbiyyatı tədqiqatçıları və müəllimlərində maraq doğuracaq Həqiqiyə aid həmin qəzəllər, Qaraqoyunlu hökmdarı Cahanşah haqqında bəzi yeni məqamlarla birlikdə bu məqalədə öz əksini tapmışdır.

Açar sözlər

Həqiqi, qızılbaş, ələvi, xalq islamı, cüng, dəftər, cəm, ocaq

Məqaləni yüklə

İNDEKSLƏMƏ