Cəlil Məmmədquluzadə irsində məktəb, müəllim, təlim-tərbiyə problemlərinə nəzəri baxış
Kamal CamalovDOI: http://dx.doi.org/10.29228/edu.129
ORCID ID: https://orcid.org/0000-0003-1977-7250
Tarix: 21 Dekabr 2023
Xülasə
Məqalədə böyük yazıçı, dramaturq Cəlil Məmmədquluzadə irsində məktəb, müəllim, təlim-tərbiyə problemlərinə nəzəri baxış təhlil obyektinə çevrilmişdir. O, müəllimlik sənətinin namuslu, şərəfli, müqəddəs, məsuliyyətli olduğunu göstərərək, müəllimlərdən yüksək ideallıq, prinsipiallıq, nəcib əxlaqi keyfiyyət, hərtərəfli bilik, öz üzərində müntəzəm işləmək, biliyini artırmaq, elmin nailiyyətlərindən xəbərdar olmaq və bilikləri gənc nəslə mənimsətməyi bacarmağı təlqin etmişdir. Mirzə Cəlilə görə, müəllim işini məktəblə məhdudlaşdırmamalı, həm də geniş ictimaiyyət içərisində fəaliyyət göstərməli, xalqın maariflənməsi naminə təbliğat işi aparmalı, məqsədi xalqa ləyaqətlə xidmət etmək olmalıdır. Təlimin tərbiyəedici prinsipini əsas tutan C.Məmmədquluzadə tədris planına elə fənləri daxil etməyin tərəfdarı olmuşdur ki, onlar uşaqlarda elmi dünyagörüşü və nəcib əxlaqi keyfiyyətlər tərbiyə edə bilsin. Məqalədə Mirzə Cəlilin görüşlərində şagirdlərdə fikri fəallığı, təşəbbüskarlığı, müstəqil düşünmək bacarığını inkişaf etdirən üsulları, xüsusilə suallar, çalışma və təmrinləri necə qiymətləndirməyin təsvirinə də toxunulmuşdur.
Açar sözlər
Böyük yazıçı, müəllim, məktəb, təlim və tərbiyə, təlimin həyatla əlaqəsi