TƏRƏFDAŞLAR


Məqalələr

XIX əsrin II yarısı – XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatında tədrisə, məktəbə, müəllim və şagird şəxsiyyətinə münasibət

Sevinc Rəsulova
DOI: http://dx.doi.org/10.29228/edu.128
ORCID ID: https://orcid.org/0000-0003-1070-6069
Tarix: 21 Dekabr 2023

Xülasə

Azərbaycan uşaq ədəbiyyatının maarifçi-realist mərhələsi XIX əsrin II yarısı və XX əsrin əvvəllərini əhatə edir. Bu dövrdə uşaq poeziyasında özünü büruzə verən əsas ideya xətlərindən biri də maarifə, məktəbə, elmə çağırış ideyaları idi. Biz məqalədə həmin məsələni təhlil etməyə çalışmışıq. Araşdırma zamanı həm lirik şeir nümunələri, həmdə epik əsərlər, yənipoemalar mövzu obyektinə çevrilmişdir. Məqalə XIX-XX əsrlərin hüdudlarında uşaq poeziyamızda müəllim, şagird və valideyn obrazlarının ədəbiyyatşünaslıq baxımından təhlilinə həsr olunmuşdur. Məlum olduğu kimi həmin dövr Azərbaycan uşaq ədəbiyyatının maarifçi-realist mərhələsidir. Biz həmin mərhələdə uşaq şairlərimizin öz əsərlərində müəllim, şagird və valideyn barədə poetik şəkildə dedikləri fikirləri şərh etməyə səy göstərmişik. Bu obrazların xarakterini, səciyyəsini üzə çıxarmaq məqsədi izləmişik. 


Açar sözlər

Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, uşaq poeziyası, maarifçi-realizm, maarif, məktəb, elm, müəllim, şagird, valideyn, bədii obraz

Məqaləni yüklə

İNDEKSLƏMƏ