TƏRƏFDAŞLAR


Məqalələr

Ali və orta məktəblərimizdə ədəbiyyat dərslərində klassiklərin tədrisi ilə bağlı mülahizələr

Yaqub Babayev
DOI: http://dx.doi.org/10.29228/edu.127
ORCID ID: https://orcid.org/0000-0002-2220-1378
Tarix: 21 Dekabr 2023

Xülasə

Ali və orta tədris müəssisələrində bir sıra klassik sənətkarlarımızın həyatı və yaradıcılığı, bədii irsindən nümunələr tədris edilərkən müəyyən problemlər qarşıya çıxır. Həmin problemləri həll etmək və aradan qaldırmaq müəllimdən müəyyən bilik, səriştə və bacarıq tələb edir. Qarşıya çıxan çətinliklərdən biri də tələbə və şagirdlərə təriqət barədə əsərlərin mövzu, ideya-məzmun və sənətkarlıq xüsusiyyətlərinin mənimsədilməsidir. Əsasən İmadəddin Nəsimi, Şah İsmail Xətai və Məhəmməd Füzuli kimi klassiklərimizin əsərlərinə istinadən izah edilir. Təhlil zamanı təriqət ideyalarının həm o dövr, həm də günümüz üçün dəyəri, əhəmiyyəti, həmçinin ədəbi məsələlərinə də toxunulur. Nəsiminin «Sığmazam», Füzulinin «Məni candan usandırdı...» qəzəllərinin, habelə Xətainin «Dəhnamə», Füzulinin «Leyli və Məcnun» poemalarının təriqət görüşləri kontekstində təhlilinə və tədrisinə xüsusi önəm verilir.

Açar sözlər

Klassik ədəbiyyat, təriqət ideyaları, tədris, ali məktəb, orta məktəb, təlimdə çətinliklər

Məqaləni yüklə

İNDEKSLƏMƏ