TƏRƏFDAŞLAR


Məqalələr

Fənn kurikulumunun tələblərinin ədəbiyyat dərsliklərində reallaşdırılması

Soltan Hüseynoğlu
DOI: http://dx.doi.org/10.29228/edu.126
ORCID ID: https://orcid.org/0000-0003-4182-6653
Tarix: 21 Dekabr 2023

Xülasə

Ölkəmizdə həyata keçirilən təhsil islahatının tərkib hissəsi kimi tətbiq olunan fənn kurikulumları fənlərin məzmununda və tədrisində ciddi dəyişikliyin aparılmasını mühüm vəzifə kimi qarşıya qoymuş və bu istiqamətdə də az iş görülməmişdir. Təlimin keyfiyyətinin yaxşılaşdırılması tədris texnologiyalarının işlənib hazırlanmasını, ölkəmizə ayaq açan yeni yanaşmaların mahiyyətinin açıqlanmasını, əldə etdiklərimizlə uzlaşdırılmasını, tətbiqi yollarının müəyyənləşdirilməsini və s. pedaqoji elmin qarşısında ciddi tələb kimi qoyulmuşdur. Son illərdə meydana çıxan təlim texnologiyalarının, ümumiyyətlə hər cür yeniliyin məktəbə yol tapması fənn kurikulumlarının, xüsusən də məzmun standartlarının mahiyyətinin, tələblərinin və tətbiqi xüsusiyyətlərinin aydın dərk edilməsindən xeyli dərəcədə asılıdır. Tədqiqatın mövzusuna uyğun olaraq bədii əsərlərin ifadəli oxusu üzrə məzmun standartlarının mahiyyətinin, tələblərinin və tətbiq xüsusiyyətlərinin açıqlanması məqalədə diqqət mərkəzində saxlanılmışdır. Eksperimentin tətbiqi ilə aparılmış tədqiqatın nəticələri məqalədə konkret nümunələr əsasında şərh edilmişdir.


Açar sözlər

Texnologiya, kurikulum, standart, eksperiment, fəal/interaktiv təlim, məntiqi oxu, ifadəli oxu.

Məqaləni yüklə

İNDEKSLƏMƏ