Şifahi xalq ədəbiyyatı nümunələri olan «atalar sözləri»nin tərbiyəvi əhəmiyyəti və tədrisinə dair
Çinarə RzayevaDOI: http://dx.doi.org/10.29228/edu.130
ORCID ID: https://orcid.org/0000-0003-0655-9342
Tarix: 21 Dekabr 2023
Xülasə
«Atalar sözləri» ulu əcdadlarımızın fikrindən, düşüncəsindən, nitqindən süzülən kəlamlardır. Həmin kəlamlar xalqın hissini, düşüncəsini, mədəniyyətini özündə əks etdirir. Məqalədə bir sıra atalar sözlərinin tərbiyəvi əhəmiyyəti araşdırılıb, onların insan həyatındakı rolu müəyyənləşdirilmişdir. Eyni zamanda atalar sözlərinin uşağın milli ruhda böyüməsinə, hərtərəfli inkişafına, düzgün formalaşmasına göstərdiyi xüsusi təsir də qeyd olunmuşdur. Bunlarla yanaşı ilk növbədə bir-birinə zidd görünən «atalar sözləri» də tədqiqata cəlb edilmiş, müvafiq təhlillər aparılmışdır. Həmçinin məqalədə məktəblərdə atalar sözlərinin tədrisinə verilən önəm və onun şagirdlər tərəfindən yaxşı mənimsənilməsi üçün müasir təlim metod və üsullarından necə istifadə edilməsi imkanları araşdırılmışdır. Məlum olmuşdur ki, müəllimin daha yaxşı nəticə əldə etməsi üçün şagirdlərin yaş həddi mütləq nəzərə alınmalı, onlara uyğun atalar sözləri seçilməlidir. Tədqiqat zamanı bir sıra yeni, maraqlı elminəticələr oxuculara təqdim olunur.
Açar sözlər
Folklor, atalar sözləri, müəllim, uşaq tərbiyəsi, tədris metodikası