TƏRƏFDAŞLAR


Məqalələr

Orta məktəb ədəbiyyat dərsliklərində monoqrafik mövzuların tədrisi problemləri

Bilal Həsənli
DOI: http://dx.doi.org/10.29228/edu.125
ORCID ID: https://orcid.org/0000-0002-6964-0546
Tarix: 21 Dekabr 2023

Xülasə

Müasir ədəbiyyat dərslərində monoqrafik mövzuların tədrisi ədəbiyyat müəllimindən yeni yanaşma tələb edir. Yeni nəsil ədəbiyyat dərsliklərində məqsəd şagirdlərin biliklərə hazır şəkildə yiyələnməsi deyil, interaktiv dərslərdə müəllimin bələdçi, şagirdin tədqiqatçı kimi fəaliyyəti, müstəqil işin səmərəli təşkilidir. Dərslik müəllimin və şagirdlərin yaradıcı fəaliyyətini təmin edən istiqamətləndirici mənbə olaraq sənətkarın yaradıcılığı ilə bağlı konkret problemin, sualın müstəqil aydınlaşdırılmasına kömək edir. Məqalədə kurikulum üzrə ədəbiyyat dərslərində qüdrətli sənətkarımız Hüseyn Cavidin həyat yolunun, şəxsiyyətinin, yaradıcılığının öyrənilməsinə imkanları araşdırılmışdır. Ədibin bədii irsi gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan mənəvi ideyalar xəzinəsidir. Bu araşdırma elə təşkil edilməlidir ki, məktəblilərin sənətkarın şəxsiyyət bütövlüyü, istedadı, fəal həyat mövqeyi, əsərlərinin fəlsəfi, humanist səciyyəsi barədə dolğun biliklərə yiyələnməsinə nail olunsun.


Açar sözlər

Ədəbiyyat, dərs, dərslik, şeir, dram, təlim, şəxsiyyət, yaradıcılıq, humanizm

Məqaləni yüklə

İNDEKSLƏMƏ