TƏRƏFDAŞLAR


Məqalələr

Ədəbi-bədii əsərlərin dilindən «Xaotik Dünya»nın təsviri

Solmaz Ələsgərova
DOI: http://dx.doi.org/10.29228/edu.124
ORCID ID: https://orcid.org/0000-0003-1035-0330
Tarix: 28 Dekabr 2023

Xülasə

Harold Pinterin dramaturgiyasında qoyulan problemlərin həlli yalnız ingilislər üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyətlidir. İnsanların bir-birinə rəqib münasibəti, hadisələrin dinamikası və qeyri- adi nəticə, qorxulu və gülməli motivlərin qovuşması «təhdidlər komediyası»nın meydana çıxmasına səbəb olur. Mənəvi ehtiyac və ağıl, hiss və borc, emosiya və vəzifə arasındakı konflikt ikisindən birinin qələbəsi ilə bitir. İtaətkar olmaq, yoxsa mübarizə aparmaq, ən azı başqası ilə razılaşmamaq obrazların dialoqu ilə müəyyənləşir. Ətrafdakılardan uzaqlaşmaqla, kənar gəzməklə özünü təzyiqdən qorumaq istəyi yenə də dövlət quruluşunun mükəmməl olmadığına və cəmiyyətdə zorakılığın mövcudluğuna işarədir. Pinter və Elçin yaradıcılığı zamanı geridə qoyaraq hər hansı bir ədəbi cərəyan çərçivəsinə sığışmadığına görə aktualdır və oxşar xüsusiyyətlərə malikdir. İnsan və cəmiyyət problemi, insanın cəmiyyətlə toqquşması məsələsi Harold Pinter kimi Firuz Mustafanı da narahat edir.


Açar sözlər

Dramaturgiya, absurd teatr, təhdidlər komediyası, insan və cəmiyyət problemi, Azərbaycan dramaturgiyası.

Məqaləni yüklə

İNDEKSLƏMƏ