Müasir Azərbaycan romanında məzmun və forma vəhdəti
Təyyar SalamoğluDOI: http://dx.doi.org/10.29228/edu.123
ORCID ID: https://orcid.org/0000-0001-8364-1580
Tarix: 28 Dekabr 2023
Xülasə
Məqalədə daha çox süjet tipologiyası məsələsi araşdırılır. Ədəbi-nəzəri fikirdə süjet tipologiyası ilə bağlı təsnifatlara nəzər yetirilir.Xronikal və konsentrik süjet tiplərinin süjetin keçdiyi tarixi inkişafyolunu daha elmi şəkildə ümumiləşdirməsi əsaslandırılır. Dünya və eləcə də Azərbaycan romanistikasında süjetin xronikaldan konsentrikə doğru hərəkətinin janr həcminin kiçilməsinə, eyni zamanda, kompozisiya sisteminin mürəkkəbləşməsinə, bədii təhlilin fəlsəfi ümumiləşdirməyə dərinləşməsinə gətirib çıxarması məsələsi qoyulur. Azərbaycan romanında konsentrik süjetin tipologiyası, süjet strukturundakı fərqlər tədqiq edilir. Tədqiqatda təhlilin ağırlığı Y. Səmədoğlunun «Qətl günü» və Elçinin «Ölüm hökmü» romanlarının üzərinə salınır. Dünya ədəbiyyatında geniş yayılmış roman içində «roman» strukturunun «Qətl günü»ndə estetik cəhətdən necə gerçəkləşməsi, gerçəkləşən strukturun müxtəlif dönəmlərə dair hadisələri bir vəhdətdə birləşdirmək imkanları, əsərin polifonik məzmun qazanmasında rolu, milli cəmiyyət xüsusiyyəti bəşəri dəyərlərin ifadəsinə çevrilməsi üçün yaratdığı şərait açıqlanır.
Açar sözlər
Süjet, tipologiya, roman, xronikal, konsentrik, məzmun, fəlsəfilik