Azərbaycan ədəbi dilinin xüsusiyyətlərini öyrənmək baxımından Naxçıvanlı yazarların yaradıcılığında bədii tərcümənin rolu
Mehriban ƏsədullayevaDOI: http://dx.doi.org/10.29228/edu.122
ORCID ID: https://orcid.org/0000-0002-2640-5220
Tarix: 28 Dekabr 2023
Xülasə
Tərcümə əsərləri ədəbi dilin inkişafında mühüm rol oynayaraq onun leksik tərkibinin zənginləşməsinə kömək edir. Müxtəlif dövrə aid tərcümələr müxtəlif xalqların ədəbiyyatını, dövrün tarixi-ictimai şəraitini, ədəbi dil xüsusiyyətlərini öyrənmək baxımından faydalı mənbə hesab edilir. Tərcümələr milli mədəniyyətin inkişafını, milli dillərin zəngin- ləşməsini, həm də fəlsəfi dərinliyi ilə diqqəti cəlb edən Şərq ədəbiyyatının qərb dünyasına tanıdılmasında bir körpü rolu oynayan amil funksiyasını yerinə yetirmişdir. Bədii tərcümə Azərbaycanda XIX əsrdən geniş inkişaf etməyə başladı. Məhəmməd ağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Şeyx Məhəmməd Rasizadə, Ələkbər Qərib Naxçıvanlı, Əli Səbri, Əziz Şərifin tərcümə etdiyi əsərlərin dilindəki anlayışa və ədəbi ifadələrə xüsusi diqqət yetirilmişdir. Naxçıvan ədəbi mühitinin nümayəndələri klassik- lərin əsərlərini tərcümə edərkən orijinallığı saxlamağa çalışmışdılar.
Açar sözlər
Naxçıvan, ədəbi mühit, Azərbaycan dili, tərcümə, bədii dil