Fonetika. Yeni tədqiqatlar
Nabatəli QulamoğluDOI:
ORCID ID: https://orcid.org/0000-0002-6241-4490
Tarix: 22 Yanvar 2024
XÜLASƏ
Məqalədə yenicə çapdan çıxmış “Müasir Azərbaycan dili” kitabı qismən təhlil edilmişdir. Təhlil prosesində əsas diqqət funksional fonetikaya yönəlmişdir, çünki bu sahə geniş araşdırma tələb edir. Məqalədə həmçinin müəlliflərin fonetika elminə fərqli aspektlərdən yanaşıldığı qeyd edilib. İlk növbədə, fonetika elmini təşkil edən seqmentlər arasındakı bağlılığa önəm verilib. Çünki artikulyar və akustik fonetikanı geniş araşdırmadan funksional fonetika təhlil edilə bilməz. Məqalədə Azərbaycan fonoloqlarının elmi araşdırmaları təhlil edilmiş və bu elmi tapıntıların böyük zəhmət hesabına ərsəyə gəldiyi vurğulanmışdır. Həmçinin funksional fonetika sahəsində çalışan alimlərin Azərbaycan dilinin özəlliklərini nəzərə alması da diqqətdən yayınmamışdır.
AÇAR SÖZLƏR
fonetika, fonologiya, fonem, allofon, səs tipləri