TƏRƏFDAŞLAR


Məqalələr

Dialekt leksikasında alınma sözlər (Naxçıvan dialekt və şivələrinin materialları əsasında)

Nuray Əliyeva
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.46.47.009
ORCID ID: https://orcid.org/0000-0003-0223-5199
Tarix: 22 Yanvar 2024

XÜLASƏ 

Məqalədə Naxçıvan dialekt və şivələrində işlənən ərəb və fars sözləri tədqiqata cəlb olunub. Göstərilir ki, dialekt və şivələr də ədəbi dildə olduğu kimi, digər dillərin təsirinə məruz qalır, onun lüğət tərkibinə bu dillərdən müxtəlif sözlər keçir. Bu, daha çox dialekt və şivənin aid olduğu bölgənin coğrafi şəraiti ilə bağlı olur. Yəni buraya bölgənin qonşuluğunda yaşayan və tarixən xalqın daha çox ünsiyyətdə olduğu dillərdən alınma sözlər keçir. Naxçıvan dialekt və şivələrinə isə bu cür sözlər daha çox ərəb-fars dillərindən gəlir. Belə sözlər, adətən dilin daxili qayda-qanunlarına uyğunlaşdırılaraq tələffüz edilir. Məqalədə qeyd olunur ki, ərəb və fars sözlərinin dilimizə və dialektlərimizə kütləvi şəkildə daxil olması XVIII əsrin sonu – XIX əsrin əvvəllərində bir qədər zəifləmiş, sonralar isə öz yerini rus-Avropa mənşəli sözlərə vermişdir.  


AÇAR SÖZLƏR 

dialekt və şivə, leksika, alınma sözlər, ərəb-fars mənşəli sözlər 

Məqaləni yüklə

İNDEKSLƏMƏ