Nizami Gəncəvinin əsərlərində türkçülüklə bağlı ifadələr
Qənirə ƏsgərovaDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.46.47.007
ORCID ID: https://orcid.org/0000-0001-7339-6446
Tarix: 22 Yanvar 2024
XÜLASƏ
Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığı mövzu və ideya baxımından çox zəngindir. Onun əsərlərində bir sıra elmlər üçün aktual olan məsələlər araşdırmalar üçün geniş imkanlar yaradır. Şair dünya və insanlar haqqında çox sayda maraqlı və orijinal fikirlər söyləmişdir. Məqalədə Nizami Gəncəvi yaradıcılığında türklərlə bağlı söz və ifadələr araşdırılmışdır. Bütün yaradıcılığında türk əxlaq və təfəkkürünü, adət-ənənəsini, mədəniyyətini yaşadan dahi şairin poetik irsində mənsub olduğu millətin qüdrəti, şərəf-şanı əks olunmuşdur. Məqalədə Nizami Gəncəvi yaradıcılığında türk həyatı, türk xalqına məxsus məişət tərzi, türk təfəkkürünün öz əksini tapması incələnmişdir. Müəyyənləşdirilmişdir ki, şairin yaradıcılığında türk sözü igidlik, cəsurluq, müdriklik, humanistlik, gözəllik və s. mənalar ifadə edir. Məqalədə həmçinin Nizami Gəncəvinin “türk” sözünə tez-tez müraciət etməsi, hətta onu bir sıra sintaktik vahidlərin – söz birləşmələrinin tərkibində də işlətməsinə diqqət çəkilmişdir. Şairin yaradıcılığında işlənən onomastik vahidlərdə, o cümlədən antroponimlərdə “türk” sözünə təsadüf edilir. Məqalədə Nizami Gəncəvinin türk xalqlarının əzmkarlıq, qorxmazlıq və cəsarətini onların ümdə cəhəti kimi dəyərləndirdiyi müəyyənləşdirilmişdir.
AÇAR SÖZLƏR
Nizami Gəncəvi, türk, “Xəta” toponimi, “Xəmsə”, “Sirlər xəzinəsi”