TƏRƏFDAŞLAR


Məqalələr

Molla Murad Xarəzmi və onun “Dilavər və Güləsrar” dastanının təhlili

Aynur Səfərli
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.46.47.006
ORCID ID: https://orcid.org/0000-0002-01104659
Tarix: 22 Yanvar 2024

XÜLASƏ 

Molla Murad Xarəzmi (əsl adı Muraddır) XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış türkmən şairidir. “Molla”, “Bəndə”, “Xarəzmi” şairin sonradan götürdüyü təxəllüslərdir. M.M.Xarəzminin dörd nüsxədən ibarət “Dilavər və Güləsrar” dastanı sevgi-məhəbbət və qəhrəmanlıq motivləri əsasında yazılmışdır. Dastanda fantastik təsvirlər əks olunmuşdur. Bu tip dastanlar şairin yaşadığı dövr türkmən ədəbiyyatında geniş yayılmışdır. “Dilavər və Güləsrar” mövzu baxımından Şeydainin “Gül və Sənubər”, Şahbəndənin “Gül-Bülbül”, Maqrubinin “Seyfəlmələk və Mədxalcamal”, Yusif Hoca Bakıoğlunun “Ray-Çim” adlı dastanları ilə oxşarlıq təşkil edir. Şair bu dastanında “sevginin azad olması və hər kəsin öz istəyi ilə ailə qurması” fikrini əsas götürmüşdür. İdeal qəhrəman cizgilərini Dilavərin xarakterində əks etdirən yazıçı əsərdə müsbət qəhrəmanlarının hər birini zəkalı və mübariz ruhlu təsvir etmişdir. 


AÇAR SÖZLƏR 

Molla Murad Xarəzmi, “Dilavər və Güləsrar” dastanı, xəyali vasitələr, qəhrəmanlıq səhnələri 

Məqaləni yüklə

İNDEKSLƏMƏ