Mirvarid Dilbazinin yaradıcılığında folklorun yeri və rolu
Sevinc ƏliyevaDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.46.47.005
ORCID ID: https://orcid.org/0000-0002-5666-168X
Tarix: 22 Yanvar 2024
XÜLASƏ
Mirvarid Dilbazinin əsərlərində öz ifadəsini tapan, diqqətimizi cəlb edən nə varsa, hamısı cəmiyyətimizdə baş verən hadisələrin tərənnümüdür. Bu baxımdan, onun aktuallığı, yeniliyi ilə hər zaman nəzərə çarpan şeirləri bu gün də kitabsevər, mütaliəyə marağı olan oxucular tərəfindən sevilərək oxunur, həm uşaqların, həm də gənc nəslin sağlam ruhda yetişməsində mühüm rol oynayır. Mirvarid Dilbazinin əsərlərini oxuduqca görürürük ki, onların hər biri orijinal olmaqla bərabər, xüsusi yaradıcılığın məhsuludur. Bu zaman nəzərimizi çəkən bir məqam da var ki, sənətkar əsərlərinin adlarına həssaslıqla yanaşmış, onların mövzu və ideyasından qaynaqlanan xalq ifadəsini başlıq olaraq fərqləndirmişdir. Təhlil zamanı görürük ki, şairənin qələm məhsulundan yaranan bu keyfiyyətlər əsərləri ilə həmahənglik təşkil edir. Zəhmət və həyat eşqindən doğan bu yaradıcılıq yolunun oxucuya aşılamaq istədiyi bir amal var: xeyirxahlıq, sədaqət, düzlük.
AÇAR SÖZLƏR
Mirvarid Dilbazi, folklor, yazılı ədəbiyyat, atalar sözləri, xalq ifadələri, uşaq ədəbiyyatı, müharibə mövzusu