TƏRƏFDAŞLAR


Məqalələr

Müasir Azərbaycan dilində omonimlərin tipləri

Elşad Abışov
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.46.47.004
ORCID ID: https://orcid.org/0000-0002-5048-1872
Tarix: 22 Yanvar 2024

XÜLASƏ 

Məqalədə müasir Azərbaycan ədəbi dilində fikrin obrazlılığının, ifadəliliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malik olan təsadüfi omonimlər və onların spesifik xüsusiyyətləri linqvistik istiqamətdə tədqiqata cəlb edilir. Araşdırma prosesində təsadüfi omonimlərin və onların tiplərinin təsnifatı probleminə mövcud elmi-nəzəri mülahizələr əsasında aydınlıq gətirilir. Linqvistik müşahidələrdən məlum olur ki, omonimlərin tipləri sırasına omofon, omoform, omoqraf, leksik omonimlərlə yanaşı, leksik-qrammatik və qrammatik omonimlər də daxil edilməlidir. Dünya dillərində, o cümlədən Azərbaycan dilində omonimləşmə hadisəsi qədim tarixə malikdir. 


AÇAR SÖZLƏR 

 omofon, omoform,  omoqraf, omonim, semantika 

Məqaləni yüklə

İNDEKSLƏMƏ