Müstəqillik dövrünün bədii nəsr nümunələrində işlənən təxəllüslərin üslubi-linqvistik xüsusiyyətləri
Nərmin QocayevaDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.46.47.003
ORCID ID: https://orcid.org/0000-0001-8109-0295
Tarix: 22 Yanvar 2024
XÜLASƏ
Məqalədə poetik onomastikanın köməkçi adlar qrupunun müəyyən bir sahəsini əhatə edən təxəllüs kateqoriyasından bəhs olunmuş, müstəqillik dövründə yazılan nəsr əsərlərində işlənən təxəllüslərin üslubi xüsusiyyətləri, leksik-semantik məna qrupları verilmişdir. Təxəllüslərin üslubi xüsusiyyətləri dedikdə, bədii əsərlərdə işlənən və obraz haqqında əlavə məlumat verən adlar nəzərdə tutulur. Təxəllüs bədii üslubda obrazlılığın yaranmasında, əsərlərin bədii dəyərinin yüksəlməsində və daxili məzmununun zənginləşməsində mühüm rol oynayır. Bir sözlə, nəsr əsərlərində istifadə olunan gizli imzalar həmin əsərin məzmun və ideyası ilə əlaqədar olur.
AÇAR SÖZLƏR
müstəqillik dövrü, təxəllüs, yazıçı üslubu, leksik-semantika, nəsr əsərləri