Aşıq Ələsgər və ədəbi dilimiz
Sədaqət HəsənovaDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.46.47.002
ORCID ID: https://orcid.org/0000-0002-0839-8469
Tarix: 22 Yanvar 2024
XÜLASƏ
Məqalədə Azərbaycan ədəbi dilinin üslub məsələlərindən danışılır. Bu məqsədlə, Aşıq Ələsgərin poeziyası linqvistik cəhətdən təhlil edilir. Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin seçilən sənətkarı, saz-söz ustadı kimi qiymətləndirilir. Onun ədəbiyyatla yanaşı, dilimizə də xidmət etməsi haqqında danışılır. Aşığın yaşadığı zamandan əvvəlki dövrlərdə Azərbaycan dilində işlənən bəzi sözlərə münasibət bildirilir, yaradıcılığındakı dil-üslub faktları üzə çıxarılır və onlar haqqında elmi-nəzəri fikirlər söylənilir. Aşıq Ələsgər Azərbaycan dilinin təbiilik və gözəlliyini diqqət mərkəzində saxlayan aşıq kimi qiymətləndirilir. Onun poeziyasındakı fərqli məqamlara diqqət edilir, işlətdiyi bədii söz və ifadələr göstərilir. Məqalədəki elmi fikirlər dil-üslub materialları ilə əsaslandırılır.
AÇAR SÖZLƏR
dil, üslub, söz, ifadə, bədiilik