Müasir Azərbaycan ədəbi dili: uğurlar, problemlər
Ədalət Abbasov / Həmzə ƏliyevDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.46.47.001
ORCID ID: https://orcid.org/0000-0002-9704-1874 / https://orcid.org/0000-0003-2344-8388
Tarix: 22 Yanvar 2024
XÜLASƏ
Hər bir tarixi və ictimai-siyasi şərait Azərbaycan dilinin leksik-terminoloji sisteminə, onun orfoqrafiyasına bu və ya digər dərəcədə öz təsirini göstərmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrün islahat və inqilab səciyyəli dəyişiklikləri ana dili problemlərindən də yan keçmədi. Bu gün dilimizin inkişafı, tətbiqi və tədrisi məsələləri dövlətin diqqət mərkəzindədir. Azərbaycan dilinin dövlət dili kimi işlənmə tarixinə nəzər saldıqda bu taleyin “qısaömürlü” olduğunu görmək mümkündür. Bu mülahizənin yürüdülməsi ilə, şübhəsiz, 1995-ci ilə qədərki dövr nəzərdə tutulur. Son 27-28 il ərzində ədəbi dilimizin funksional üslubu öz imkanlarını daha da genişləndirmiş və rəsmi statusunu sabitləşdirmişdir.
AÇAR SÖZLƏR
dil mühiti, qeyri-rəsmi danışıq üslubu, dil siyasəti, dil normaları, fonetik norma, orfoqrafik variant, dil potensialı, mətbuat dili