Professor Qəzənfər Kazımovun elmi-pedaqoji fəaliyyəti
Elşad Abışov / Ruhiyyə CəfərovaDOI:
ORCID ID: https://orcid.org/0000-0002-5048-1872 / https://orcid.org/0000-0002-1965-1562
Tarix: 08 Yanvar 2024
XÜLASƏ
Məqalədə dilçi-alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Şirin oğlu Kazımovun elmi-pedaqoji fəaliyyəti və zəngin həyat yolu haqqında ətraflı məlumat verilir. Araşdırmalardan məlum olur ki, alimin müəllifi olduğu çoxşaxəli elmi-tədqiqat əsərləri Azərbaycan dilçiliyinin inkişafında mühüm rol oynamışdır. Həmin əsərlərdən biri “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)” adlı irihəcmli monoqrafiyadır. Müəllif əsərdə tutarlı faktlar və mötəbər mənbələr əsasında Azərbaycan dilinin XIII əsrə qədər keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat vermiş, dilimizin fonetik və qrammatik quruluşunda, həmçinin lüğət tərkibində baş verən tarixi dəyişiklikləri araşdırma obyektinə çevirmişdir.
AÇAR SÖZLƏR
sintaksis, morfologiya, mürəkkəb cümlə, kök, morfem