TƏRƏFDAŞLAR


Məqalələr

Müasir Azərbaycan dilində metaforikləşmə yolu ilə söz yaradıcılığı

Şəlalə Qasımova
DOI: https://dx.doi.org/10.48445/h1358-9681-7063-r
ORCID ID: https://orcid.org/0000-0002-4152-3081
Tarix: 08 Yanvar 2024

XÜLASƏ 

Dilin lüğət tərkibinin zənginləşdirilməsində tükənməz mənbə hesab edilən metaforik vahidlərin mahiyyətinin dərindən öyrənilməsi dünya dillərində olduğu kimi Azərbaycan dilində də metaforik mənzərəni tədqiq etməyə imkan yaradır. Metaforikləşmə obrazlılığın dərəcəsini artırmağa, dilin lüğət tərkibi və terminoloji sistemini yeni söz, termin, ifadələrlə zənginləşdirməyə və dildə bu tərkiblərin ekspressiv-estetik istiqamətdə yenilənməsinə xidmət edir. Məqalədə, həmçinin söz yaradıcılığının başlıca üsullarından olan leksik-semantik üsul və onun tiplərindən də bəhs edilir. Aparılan araşdırma işinin əsas tədqiqat obyekti yeni məna kəsb etməsi hesabına yaranan söz və ifadə yaradıcılığıdır ki, bu da dilçilikdə metaforikləşmə yolu ilə söz yaradıcılığı adlanır. 


AÇAR SÖZLƏR 

dilin lüğət tərkibi, metaforik vahidlər,  sözyaradıcılığı, leksik-semantik üsul, çoxmənalılıq

Məqaləni yüklə

İNDEKSLƏMƏ