Xüsusiləşmə və əlavələr
Nabatəli QulamoğluDOI: https://dx.doi.org/10.48445/m8333-6182-1811-e
ORCID ID: https://orcid.org/0000-0002-6241-4490
Tarix: 08 Yanvar 2024
XÜLASƏ
Məqalədə Azərbaycan dilinin problematik məsələlərindən biri olan xüsusiləşmə haqqında araşdırmalar aparılmış, rusiyalı dilçi-alimlər A.M.Peşkovski və V.V.Vinoqradovun bu məsələlər barədə fərqli yanaşmaları tədqiq edilərək elmi əsaslarla izahı verilmişdir. Tədqiqat işində əsas məqsəd “Xüsusiləşmə” mövzusuna punktuasiya aspektindən yanaşmaq olmuşdur. Bu mövzu vaxtilə orta məktəb dərsliklərinə daxil edilsə də, onun tədrisi zamanı bir sıra çətinliklər meydana çıxmışdır. Bu çətinliklər, ilk növbədə, mövzunun mübahisəli olması ilə bağlı idi. Xüsusiləşmələr, cümlə üzvləri və onlarla bağlı olmayan sözlər (xitab, ara sözlər və s.) arasında yer alan qrammatik kateqoriyadır. Ona görə də məqalədə xüsusiləşmə ilə bağlı dilçi-alimlərin oxşar və ziddiyyətli baxışları təhlil edilmiş, xüsusiləşmənin əsas əlamətlərinə əsaslanaraq onun cümlədəki rolu, oxşar qrammatik kateqoriyalara yaxınlığı tədqiq edilmişdir. Məqalədə həmçinin xüsusiləşməyə aid mübahisəli məqamlar oxuculara təqdim edilmiş, bunlardan rasional nəticələr çıxarılmış və onun bir çox hallarda fakültətiv xarakter daşıdığı vurğulanmışdır.
AÇAR SÖZLƏR
xüsusiləşmiş üzv, aktuallaşma, xüsusiləşmədə durğu işarələri, qrammatik kateqoriya, əlavələr