TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dili fənnində ümumiləşdirici dərslərin yeni sistemi: nəzəriyyə və təcrübi söhbətlər

Aynur Şelemanova
DOI: https://dx.doi.org/10.48445/d9497-9336-7601-y
ORCID ID: https://orcid.org/0000-0002-8972-6064
Tarix: 08 Yanvar 2024

XÜLASƏ 

Ümumiləşdirmə fəlsəfi kateqoriya hesab edilir. O, elmi tədqiqatın metodu olduğu kimi, təlimin də metodu sayılır. Ümumiləşdirmə xüsusi halları ümumiyə daxil etmək deməkdir. Bu yolla ayrı-ayrı elmi anlayışları daha geniş məfhumda ifadə etmək mümkündür. Belə olan halda, ümumi anlayışlar təsnifatlara çevrilir. Məsələn, nitq hadisələri, cümlə və ədəbiyyat kimi. Onlar növlərə, tiplərə və s. bölünür. Məqalədə bir çox anlayışlardan bəhs edilir. Bildirilir ki, nəticə ümumiləşdirmələrdən ibarətdir. Atalar sözləri, məsəllər və deyimlərin, həmçinin əlamətin də ən geniş və ümumiləşmiş anlayış olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, nitq hissələri təlimin başlıca əlamətlərini yığcam şəkildə ifadə edən ümumiləşdirmə nümunəsidir. Şagirdləri də bu kimi bacarıqlara yiyələndirmək Azərbaycan dili fənninin ən mühüm vəzifəsidir.  


AÇAR SÖZLƏR 

ümumiləşdirici təlim, çalışmaların növləri, müstəqil işlər, təlim  metodları, mövzuların  ümumiləşdirilməsi 

Məqaləni yüklə

İNDEKSLƏMƏ