TƏRƏFDAŞLAR


Məqalələr

Ümumtəhsil məktəblərində Cəfər Cabbarlının həyat və yaradıcılığının öyrənilməsinə dair

Vaqif Alkərəmov
DOI: https://dx.doi.org/10.48445/n2388-0846-3544-o
ORCID ID: https://orcid.org/0000-0002-1611-7620
Tarix: 08 Yanvar 2024

XÜLASƏ 

XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələrindən olan Cəfər Cabbarlının həyat və yaradıcılığının tədrisi kurikulum üzrə ədəbiyyat dərslərində mühüm yer tutur. Görkəmli sənətkarın şəxsiyyəti və yaradıcılıq yolu haqqında şagirdlərdə dolğun təsəvvür yaradılması, onların mövzu ilə bağlı ədəbi biliklərə dərindən yiyələnməsi təlim prosesində ədəbiyyat müəlliminin qarşısında duran başlıca vəzifələrdəndir. Tədris zamanı ədəbiyyat dərsliyi ilə yanaşı, ədib haqqında video-materiallardan, əsərlərdən, əlavə mənbələrdən istifadə olunması məqsədəuyğundur. Sənətkarın həyat və yaradıcılıq yoluna həsr olunan dərsdə müzakirə, təqdimat, diskussiya kimi interaktiv təlim metodlarından, kiçik və böyük qruplarla iş formasından istifadə edilməsi də faydalı olardı. Təlim prosesində nəzərə alınmalıdır ki, C.Cabbarlının çoxcəhətli yaradıcılığının əsasını müasirlik təşkil edir. Onun istər öz dövrünün ictimai, mənəvi problemlərini əks etdirən, istərsə də tarixi mövzuda yazdığı əsərlərində müasir oxucunu, tamaşaçını düşündürən aktual məsələlər öz əksini tapmışdır. Bu baxımdan, ədibin əsərləri böyük ideya-mənəvi təsir gücünə malik olub, oxucuya, fəal həyat mövqeyi aşılayır. 


AÇAR SÖZLƏR 

ədib, dramaturgiya, şeir, dərs, müəllim, interaktiv, təqdimat

Məqaləni yüklə

İNDEKSLƏMƏ