TƏRƏFDAŞLAR


Məqalələr

Ədəbiyyat təlimində inteqrativ dərs: mahiyyəti və təşkili

Soltan Hüseynoğlu
DOI: https://dx.doi.org/10.48445/u8542-1952-0674-h
ORCID ID: https://orcid.org/0000-0003-4182-6653
Tarix: 08 Yanvar 2024

XÜLASƏ 

Təlimdə yenilik axtarışı həmişə olub. Daha səmərəli metodların, iş üsullarının, bütövlükdə tədris vasitələrinin müəyyən edilməsi qabaqcıl pedaqoq, metodist və müəllimləri daim düşündürmüş, ciddi uğurların əsası kimi dəyərləndirilmişdir. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra təhsil islahatının həyata keçirilməsi istiqamətində aparılan işlər yeni təhsil proqramının hazırlanmasına və tətbiqinə, müasir təlim texnologiyalarından istifadəyə geniş meydan açdı. Nəzərə çarpan yeniliklərdən biri də təlimin əsas təşkil forması olan dərsin məzmun və strukturunda baş verən dəyişikliklər oldu. İnkişaf etmiş ölkələrdə artıq bu gün dərsin sərt reqlament tələb və mərhələlərinə şablon yanaşmalar bir kənara qoyulmuşdur. Son illər sərbəst dərs, qeyri-standart dərs anlayışlarının əsaslandırılması və tətbiqi geniş vüsət almış, yeni məşğələ tipinin – inteqrativ dərsin tətbiqi zərurətə çevrilmişdir. Bu dərs tipi, təəssüf ki, ölkə təhsil sistemində hələ də araşdırılmamış, haqqında yazılar dərc edilməmişdir. Bu ehtiyac nəzərə alınaraq, məqalədə inteqrativ dərsin mahiyyəti və təşkili yollarının şərhi diqqət mərkəzində saxlanmışdır. 


AÇAR SÖZLƏR 

inteqrasiya, inteqrativ dərs, fənlərarası əlaqə, fəal/interaktiv təlim, təlim metodu  

Məqaləni yüklə

İNDEKSLƏMƏ