TƏRƏFDAŞLAR


Məqalələr

Zəlimxan Yaqubun poeziyasında sarı rəngin üslub çalarları

Pərvin Abdullabəyova
DOI: https://dx.doi.org/10.48445/w6996-9822-9413-a
ORCID ID: https://orcid.org/0000-0002-0726-6288
Tarix: 08 Yanvar 2024

XÜLASƏ 

Qədim dövrlərdən indiyə kimi insanlar hər zaman təbiətlə sıx şəkildə bağlı olmuş, onun rənglərindən müxtəlif məqsədlər üçün istifadə etmişlər. Ədəbi dildə də rənglər daha çox üslub cəhətdən işlədilir, onların semantikasını açan məqamlara diqqət edilir və bu prosesdə rənglərin daxili mənaları üzə çıxarılır. Bu, bir tərəfdən onların bədii dildəki əhəmiyyətinin göstəricisidirsə, digər tərəfdən müəlliflərin sənətkarlıq səviyyəsini təsdiq edən cəhət kimi diqqət cəlb edir. Məqalədə, rənglərin poetik dildəki semantikasından da söhbət açılır. Bu məqsədlə, Xalq şairi Zəlimxan Yaqubun əsərlərində sarı rəngin üslub çalarları üzə çıxarılır, həmçinin rənglərlə bağlı irəli sürülən elmi-nəzəri fikirlər şairin yaradıcılığından alınmış dil faktları ilə əsaslandırılır. 


AÇAR SÖZLƏR 

rəng, sarı, üslub, dil, fikir  

Məqaləni yüklə

İNDEKSLƏMƏ