TƏRƏFDAŞLAR


Məqalələr

Müstəqillik illərində nitq mədəniyyəti məsələləri

Təhminə İsmayılova
DOI: https://dx.doi.org/10.48445/e6425-2240-7034-n
ORCID ID: https://orcid.org/0000-0002-6788-1733
Tarix: 08 Yanvar 2024

XÜLASƏ 

Məqalədə müstəqillik dönəmində Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin dilimizdən də yan keçmədiyi qeyd olunur. Çünki xalqın yaşadığı bütün tarixi proseslər onun dilində öz təcəssümünü tapır. Dil xəzinədirsə, nitq bu xəzinədən lazım olanları seçib götürmək bacarığıdır. Nitqin düzgünlüyü fikir düzgünlüyü deməkdir. Nitqin gözəlliyinin digər mühüm bir şərti də işlətdiyimiz söz, ifadə və cümlələrin ədəbi dil normalarına uyğun gəlməsi ilə müəyyənləşir. Bu tələblərə riayət etməsək, dildə hərc-mərclik yaranar və subyektivizm hökm sürər. Məqalədə, həmçinin elektron və yazılı mətbuat dilində bəzən üslub normalarının kobud şəkildə pozulduğundan da bəhs edilmiş, yersiz təkrarlara, sözçülüyə yol verildiyi, eyni fikrin müxtəlif formalarda izahının doğru olmadığı və bu neqativ halların qarşısının alınmasının qaçılmaz olduğu qeyd edilmişdir. Mədəni nitq prosesində söz və ifadələrin düzgün tələffüzü ilə yanaşı, onların düzgün seçilib işlədilməsi də vacib şərtdir. Bunun üçün də dilimizin qrammatik qayda-qanunlarını mükəmməl bilməliyik.  


AÇAR SÖZLƏR 

müstəqillik illəri, düzgün nitq,  qrammatik qaydalar,  nitq normaları, natiqin  nitqi, elektron və yazılı mətbuat 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ