TƏRƏFDAŞLAR


Məqalələr

Kəmiyyət kateqoriyasının məntiqi və linqvistik əlaqəsi

Sərcan Sadiqova
DOI: https://dx.doi.org/10.48445/e8845-7615-3137-c
ORCID ID: https://orcid.org/0000-0003-4808-5982
Tarix: 08 Yanvar 2024

XÜLASƏ 

Məqalədə kəmiyyət kateqoriyasının məntiqi və linqvistik əlaqəsi araşdırılaraq, ona aid müxtəlif nümunələr verilmişdir. Müəllif qeyd edir ki, kəmiyyət kateqoriyası idrak prosesinin kəmiyyət anlayışı ilə bağlı olan konkret bir həlqəsini təşkil edir. Burada kəmiyyətləşmənin məntiq anlayışı olduğu göstərilmiş, bəzi dilçilərin kəmiyyət kateqoriyasını məntiqi kateqoriya adlandırmasına aid nümunələrə diqqət yetirilmişdir. Kəmiyyətləşmə həm məntiqdə, həm də dildə zəruri bir anlayışdır. Bunu anlamaq üçün məqalədə ümumi bir ismin eyni cisimlərin cəmi ilə əlaqəli olduğunu nəzərə almağın vacibliyi vurğulanmış, həmçinin kəmiyyətin, düşündüyümüz cəmin nisbətini ölçmək üçün bir vasitə olduğu fikri bəzi nümunələrlə əsaslandırılmışdır. Sonda müəllif kəmiyyət kateqoriyasının məntiqi və linqvistik cəhətdən vəhdət təşkil etdiyi qənaətinə gələrək, onların daima bir-biri ilə əlaqəli inkişafını diqqətə çatdırmışdır. 

 

AÇAR SÖZLƏR 

kəmiyyət, kəmiyyət kateqoriyası, kəmiyyətləşmə,  məntiq, linqvistik əlaqələr, çoxluq, topluluq, təfəkkür

Məqaləni yüklə

İNDEKSLƏMƏ