TƏRƏFDAŞLAR


Məqalələr

Göytürk toponimləri türkdilli xalqların tarixi yaddaşıdır

Vaqif İsrafilov
DOI: https://dx.doi.org/10.48445/k6320-5721-8798-b
ORCID ID: https://orcid. org/0000-0003-4885-8586
Tarix: 08 Yanvar 2024

XÜLASƏ 

Məqalədə Göytürk xaqanlığının yaranması və türkdilli xalqların inkişaf tarixi haqqında məlumat verilir. Göytürk toponimlərində yaşayan türk xalqlarının tarixi araşdırılır, həmçinin onların yayılma arealları göstərilir. Günümüz üçün aktual olan bu toponimlər Göytürklərin tarixi haqqında məlumat verir. Məlum olduğu kimi, “türk” sözünə Göytürklər dönəminə aid olan abidələrdə rast gəlinmiş və məhz Göytürk xaqanlığı adında da bu sözdən istifadə edilmişdir. X əsrə aid uyğur yazılarında türk sözü “güc”, “qüvvə” mənasında işlədilmiş, Mahmud Kaşğari isə türk adlarının onlara Tanrı tərəfindən verildiyini qeyd etmiş və bu adların “gənclik,” “qüvvə”, “qüdrət”, “yetkinlik” mənalarında işləndiyini bildirmişdir. Bu bir həqiqətdir ki, Göytürklər əsl tarix yazmışlar. Çağdaş bədii ədəbiyyatlarda da “Bozqurdların ölümü”, “Bozqurdlar dirilir” əsərləri Göytürklərin tarixinə həsr olunmuşdur.  


AÇAR SÖZLƏR 

sonyuku, Abakan, ötükən, İltəris, kapağan 

Məqaləni yüklə

İNDEKSLƏMƏ